İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaska Baydeni məhkəməyə verdi

Alyaska ştatı ABŞ prezidenti Co Bayden administrasiyasına qarşı iddia qaldırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddiaya səbəb federal hökumətin neft və qazın işlənməsi ilə bağlı qoyduğu məhdudiyyətlərdir.

Bildirilir ki, Alyaska hakimiyyəti Amerika administrasiyasının 2024-cü ilin dekabrında ştatda neft və qaz yataqlarının işlənməsi üçün icarələrin verilməsini məhdudlaşdıran qərarından narazı qalıb. Bu qərara görə, 400 min akr (162 min hektar) ərazinin işlənməsi “mümkün və ya qeyri-mümkündür”, həmçinin bildirilir ki, tədbirlər Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Sığınağında "gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq".

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp söz verib ki, vəzifəyə gəldikdən sonra ilk gündə Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri ləğv edəcək. O, həmçinin neft və qaz hasilatı üçün Milli Arktika Qoruğunu yenidən açacağını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR