Onlayn ictimai-siyasi qəzet
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” səfərdə “Bayer”lə qarşılaşıb.
Hazırda Almaniya Bundesliqasının lideri olan Leverkuzen təmsilçisi ilə matçda Ağdam klubunu 1:5 hesablı məğlubiyyətə uğradıb.
Bu matçın bir iştirakçısı Almaniyada çoxunun diqqət mərkəzində olub. Söhbət “Qarabağ”ın qapıçısı Andrey Lunyovdan gedir. Rusiyalı qapıçı bu yay “Qarabağ”a keçənə qədər “Bayer”in oyunçusu olub. O, 2021-23-cü illərdə Leverkuzen təmsilçinin ikinci qapıçısı kimi çıxış edib. Lunyov bir müddət “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında da oynayıb.
Qeyd edək ki, ispan mütəxəssis dünənki matçdan sonra meydana daxil olaraq komandasının üzvlərini təbrik edib. Bu zaman isə o, Lunyovla da rastlaşıb. Həmin an hər iki şəxs səmimi şəkildə görüşərək bir-birlərini bağrına basıb. (qol.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ