Onlayn ictimai-siyasi qəzet
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek (“Yaşıllar”) ölkədə hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası (ASDP), “Yaşıllar”, Azad Demokratik Partiya (ADP)) dağıldığını açıqlayıb.
“Report” “Zeit”a istinadən xəbər verir ki, bu barədə siyasətçi paytaxt Berlində jurnalistlərə açıqlamasında deyib.
“Bu, xüsusi bir gündür. O, “İşıqfor” hökumətinin (Almaniyanın hakim koalisiyanı - red.) dağılması ilə başa çatır”, – o vurğulayıb.
Nazirin sözlərinə görə, indi yeni seçkilərin keçirilməsi üçün “yol açmaq” lazımdır.
Xatırladaq ki, daha əvvəl Almaniya kansleri Olaf Şoltsun (Almaniya Sosial Demokrat Partiyası (ASDP)) maliyyə naziri Kristian Lindneri (Almaniya Azad Demokratik Partiya (ADP)) istefaya göndərdiyi bildirilmişdi.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ