İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın kiberhücumlarla bağlı ittihamları, Rusiyanın cavabı

Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorfun məsləhətləşmələr üçün geri çağırılması və Rusiyanın kiberhücumlarda ittiham edilməsi Moskvaya qarşı nifrətin qızışdırılması məqsədi daşıyır.

Musavat.com RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, əsassız fərziyyə idi, onlar atmosferi qızışdırırlar”, - diplomat bildirib.

O, haker hücumları mövzusunun ABŞ daxilindən qaynaqlandığını istisna etməyib. Zaxarovanın sözlərinə görə, NATO-ya üzv ölkələrin və Avropa İttifaqının (Aİ) bu məsələ ilə bağlı çoxsaylı bəyanatları “anti-Rusiya kartının açılması” səbəbindən Amerika tərəfi üçün faydalı ola bilər.

Eyni zamanda diplomat qeyd edib ki, Rusiya Federasiyasına qarşı ittihamları yoxlamaq üçün heç bir yol yoxdur. Almaniya, Çexiya və ABŞ-ın digər müttəfiqləri öz sözlərini təsdiqləyən heç bir sübut təqdim etmirlər.

Mayın 3-də “Röyter” agentliyi Almaniya Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən ölkənin “Rusiya Federasiyasının kiberhücumuna” məruz qaldığını bildirib. Xüsusilə alman şirkətləri və elektron xidmətlər hakerlərin hədəfinə çevrilib.

Mayın 6-da Berlin Moskvadakı səfiri Aleksander Lambsdorffu məsləhətləşmələr üçün geri çağırıb. Buna səbəb 2023-cü ildə Almaniya Sosial Demokrat Partiyasının (SPD) resurslarına kiberhücum etməkdə Rusiya Federasiyasına qarşı ittihamlar olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR