İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyalı nazirin israfçılığı QALMAQAL yaratdı - tək vizajistə 137 min avro!

Almaniya Vergi Ödəyiciləri Assosiasiyası Federal Xarici işlər nazirliyinin, xüsusən də nazir Annalena Berbokun şəxsi məişət xidmətlərinə çəkilən məsrəflərin artırılmasına sərt təpki göstərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Focus” jurnalı məlumat yayıb.

2022-ci ildə Almaniyanın federal hökumət nazirləri “xarici görünüşünə” demək olar ki, 1,5 milyon avro xərcləyib. Bu rəqəm əvvəlki illə müqayisədə 80% çoxluq təşkil edir.

Hesabatda xarici işlər naziri Annalena Berbok xüsusilə tənqid olunub.

Sənəddə federal Annalena Berbokun tək vizajistlərinə 137 min avrodan çox xərclədiyi qeyd edilib. Nazirlik 2022-ci ildə fotoqrafların işinə 178 000 avro xərcləyib, halbuki bu rəqəm 2019-cu ildə bu rəqəm 127 000 avro təşkil edirmiş.

Assosiasiya bu səbəbdən xanım naziri həddən artıq israfçılıqda suçlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR