İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Ukrayna ilə bağlı SENSASİON ADDIM

Almaniyanın “Rheinmetall” konserni Belçikadan 50 ədəd “Leopard-1” tankı alıb. Həmin tankların bir hissəsinin Ukraynaya təhvil verilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, tanklar öncə modernizə ediləcək, bundan sonra onlardan 30-u Ukraynaya veriləcək. Bundan əvvəl Belçikanın “Business AM” qəzeti “Leopard-1” tanklarının Almaniya və İtaliya vasitəsilə Belçikadan Ukraynaya göndərildiyini yazmışdı.

Qeyd edək ki, həmin tanklar bir neçə il əvvəl tamamilə istismardan çıxarılıb. Belçika ordusunun istismardan çıxarılan texnikanı yerləşdirmək üçün kifayət qədər anqarları olmadığından onları “OIP Systems” şirkətinə hər biri 15 min avroya satıb. O vaxtdan bəri tanklar Tourne şəhərindəki anbarda saxlanılır. “OIP Land Systems” tankları işlək vəziyyətə gətirmək üçün hər birinə yarım milyon avro istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR