Onlayn ictimai-siyasi qəzet
May ayında Almaniyada sənaye istehsalı əvvəlki ayla müqayisədə 2,5 faiz azalıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Federal Statistika İdarəsi (Destatis) açıqlayıb.
Bu, 2022-ci ilin dekabrından bəri Almaniyada sənaye istehsalının ən çox azalmasıdır.
"Trading Economics"ə görə, analitiklər orta hesabla 0,2 faiz artım gözləyirdilər. Yenidən işlənmiş məlumatlara görə, aprel ayında Almaniyada sənaye istehsalı 0,1 faiz artıb. Bundan əvvəl də analoji məbləğdə azalma barədə məlumat verilmişdi.
May ayında sənaye istehsalı üçün əsas mənfi amil emal sənayesində vəziyyət olub. Xüsusilə avtomobil sənayesində istehsal apreldə 4,5 faiz artdıqdan sonra mayda 5,2 faiz azalıb. Maşınqayırmada 5,9 faiz azalma olub.
İstehlak mallarının istehsalı may ayında 0,2 faiz, aralıq malların istehsalı 2,7 faiz, əsaslı malların istehsalı isə 4 faiz azalıb.
Tikinti istehsalı əvvəlki ayla müqayisədə 3,3 faiz azalıb, elektrik istehsalı isə 2,6 faiz artıb.
Almaniyada sənaye istehsalı may ayında əvvəlki illə müqayisədə 6,7 faiz az olub.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ