İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Rusiyanın 5,3 milyard avroluq aktivləri dondurulub

Ukraynada müharibə başlayandan bəri Almaniyada dondurulmuş Rusiya aktivlərinin ümumi məbləği təxminən 5,32 milyard avrodur.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat yayıb.

Cəza tədbirləri təkcə Avropa İttifaqının sanksiya siyahılarına daxil olan fiziki şəxslərin və şirkətlərin vəsaitlərinə deyil, həm də Rusiya Mərkəzi Bankına da təsir edib.

Maliyyə Nazirliyinin məlumatına görə, Sanksiyaların İcrası üzrə Mərkəzi İdarənin (ZfS) yaradılması prosesi hələ də davam edir: “Hazırda orada 36 işçi çalışır, lakin davamlı olaraq artım var. Aktivlərin identifikasiyası kimi prioritet sahələr üçün müvafiq strukturlar yaradılır”.

Ötən ilin dekabrında qəbul edilmiş Almaniyada sanksiyaların tətbiqi ilə bağlı qanunun ikinci hissəsinə əsasən, ZfS həmçinin dondurulmuş aktivlərin reyestrini aparmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR