Onlayn ictimai-siyasi qəzet
Almaniyada qaçqın sığınacağında güclü yanğın zamanı azı 20 nəfər xəsarət alıb.
Bu barədə “Tagesschau” portalı məlumat yayıb.
"Voqelzanqda (Şimali Reyn-Vestfaliya federal əyaləti - red.) mərkəzi qaçqın sığınacağında iri miqyaslı yanğında 20 nəfər xəsarət alıb. Binaya ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil", - xəbərdə bildirilir.
Məlumata görə, müəssisədə ümumilikdə 380 nəfər, alovlanan binada isə 18 nəfər yaşayıb. Xəsarət alanlardan 10-u xəstəxanalara çatdırılıb.
Bina yanğın nəticəsində kül olub. Qeyd edilir ki, iki qonşu bina da yaşayış üçün yararsız hala düşüb.\\“Report”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ