İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada məktəbdə atışma: Xəsarət alan var

Almaniyanın Bremerhaven şəhərində məktəbdə silahlı insident olub. Belə ki, naməlum şəxslər Lloyd gimnaziyasında şagirdlərə atəş açıblar.

İlkin məlumata görə, bir nəfər ağır yaralanıb.Məktəbdə atışma olması barədə polisə şagirdlərdən biri məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları hücum edənlərdən birini saxlayıblar. Onun tək olmadığı, digər şübhəlilərin qaçdığı güman edilir.

Digər cinayətkarları araşdırmaq üçün gimnaziyanın özündə axtarış aparılır. Yuxarı sinif şagirdləri hələ də barrikada qurduqları sinif otaqlarındadırlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR