Onlayn ictimai-siyasi qəzet
200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb.
Musavat.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında bildirib.
"Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur", - o qeyd edib.
Vüqar Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar:
"Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir".
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ