İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada çağırış: “Kişilər və qadınlar üçün hərbi xidmət məcburi olsun”

Almaniyada Ukrayna münaqişəsi fonunda ölkə ordusundakı kadr çatışmazlığını doldurmaq üçün “hər iki cinsin yetkinləri” üçün məcburi hərbi xidmətin tətbiqinə çağırıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu təkliflə Bundestaqın müdafiə məsələləri üzrə keçmiş komissarı, Təhlükəsizlik Siyasəti Cəmiyyətinin hazırkı prezidenti Hans-Piter Bartels çıxış edib.

O, işçi qüvvəsinin çatışmazlığının Almaniyanın "silahlı qüvvələrini əhatə etdiyini" söyləyib.

"Lakin davam edən kadr çatışmazlığı ilə həqiqətən mübarizə aparmağa kömək edə biləcək yeganə şey məcburi hərbi xidmətin dirçəldilməsidir”, - Bartels deyib

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada 2011-ci ilin iyul ayının 1-dən hərbi xidmətə çağırışın ləğvinin səhv olduğunu bildirib. O, daha sonra qeyd edib ki, o, heç vaxt hərbi xidmətə çağırışın bərpa olunmasının tərəfdarı olmayıb, çünki hazırda bunun üçün nə imkanlar, nə də vasitələr var.

Pistorius jurnalistlərin hərbi xidmətə çağırışın bərpası planları ilə bağlı sualına belə cavab verib: “Hərbi çağırışın dayandırılmasının səhv olduğunu düşünsəm də, onun yenidən tətbiqinin indiki vəziyyətdə kömək etməyəcəyi açıq-aydındır”.

Bundan əvvəl federal kansler Şolts Almaniyaya universal hərbi çağırışın qaytarılması ehtimalını qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR