İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya 16 körpüsalan tank göndərəcək

Almaniya 16 ədəd “Biber” markalı körpüsalan tankı Ukraynaya təhvil verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın quru qüvvələrinə daha çox dəstək vermək üçün nazir Kristina Lambrext zirehli “körpüsalanlar”dan ibarət paketin göndərilməsi qərarına gəlib”, - deyə nazirliyin Tvitter hesabında yazılıb.

Bu tanklar su maneələrini dəf etmək və ya döyüş şəraitində istifadə olunmaq üçün nəzərdə tutulub.

“Biber” tankları iri yarğanlar və ya su hövzələrini keçən qoşunların hərəkətliliyini təmin edir. Onlar həmçinin hücum edən qoşunların yolunu təmizləmək üçün istifadə olunur. Körpü-tank 2 ekipaj üzvündən - komandir və sürücüdən ibarətdir.

Körpünün uzunluğu 22 metr, eni isə 4 metrdir. Onun açılması üçün 2-3 dəqiqə kifayətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR