İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukrayna üçün 17 IRIS-T sifariş edib - Şols

Kansler Olaf Şols bildirib ki, Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya 17 IRIS-T hava hücumundan müdafiə sistemi sifarişini təsdiqləyib. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, kansler bu gün Kiel yaxınlığındakı aviabazada Şols Bundesverin Diehl Defense GmbH & Co tərəfindən istehsal olunan altı IRIS-T aldığını deyib.

Şols bildirib ki, Ukraynaya göndərilən IRIS-T-lər 250-dən çox Rusiya pilotsuz təyyarəsi və raketinin vurulmasına kömək edib, bir çox insanın həyatını xilas edib. O söz verib ki, sistemlərin dördü bu ilin sonuna qədər, qalanları isə gələn il Ukraynaya çatdırılacaq: "Bu, Almaniyanın Ukraynaya dəstəyini zəiflətmədiyini göstərir. Biz əvvəlcədən planlaşdırmışıq və müqavilələr və maliyyə təminatını vaxtında təmin etmişik ki, Ukrayna bizə tam etibar etməkdə davam edə bilsin. Bu həm də onu göstərir ki, sənayemiz çox səmərəlidir”.

Hökumət rəsmisinin sözlərinə görə, 2026-cı ilə qədər Ukrayna Almaniyadan 24 IRIS-T sistemi - 12 orta mənzilli və 12 qısa mənzilli sistem alacaq.

DPA agentliyi aydınlaşdırır ki, söhbət 8 orta mənzilli sistemdən (SLM) və daha 9 qısa mənzilli sistemdən (SLS) gedir. Dörd SLM və üç SLS sistemi artıq Ukraynadadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR