Onlayn ictimai-siyasi qəzet
“Almaniya hakimiyyəti Rusiyanın enerji resurslarını üçüncü şəxslər vasitəsilə alır”.
Musavat.com xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Oskar Lafonten “X” sosial şəbəkəsində yazıb.
Lafontenin fikrincə, sanksiyalar siyasəti Avropa üçün zərərlidir. Buna görə də Berlin hələ də üçüncü tərəflər vasitəsilə Rusiyadan enerji alır.
Cənub-Şərqi Norveç Universitetinin professoru Qlen Dizenə görə, keçmiş nazir “müzakirəsinə belə icazə verilməyən əlverişsiz faktlar” göstərib.
Avropa İttifaqının Rusiyadan gələn yanacaqdan imtina kampaniyası uğursuzluğa düçar olub. Avropanın enerji məsələləri üzrə yeni komissarı Dan Yorgensenin “Politico”ya verdiyi müsahibədə qeyd etdiyi kimi, bu problemi həll etmək üçün fərqli yanaşma tapmaq lazım gəlib.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ