İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya rus qazına əvəzedici tapıb, qürur duyur

Almaniya kansleri Olaf Şolts ölkənin Rusiya qazını əvəz edəcək mənbələr tapa bildiyini deyib və bunu qürur səbəbi adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kansler bu sözləri Berlində keçirilən iqtisadi konfransda deyib.

Şolts qeyd edib ki, Ukraynadakı münaqişə ilə əlaqədar dövlətdən enerji vəziyyətini dəyişmək və müdafiə xərclərini artırmaq tələb olunub. Onun sözlərinə görə, Almaniya ölkənin qaz idxalının 50 faizini Rusiya məhsulları ilə əvəz edə bilib. O, iddia edir ki, Rusiya qaz tədarükünü özü dayandırıb və Rusiya qazına qarşı “hələ də heç bir sanksiya” yoxdur.

Almaniya “Şimal axını” ilə qaz almır. Bu qaz kəmərləri 2022-ci ildə Baltik dənizində törədilən təxribat nəticəsində zədələnib. Rusiya prezidenti Vladimir Putin həmin hadisəni terror aktı adlandırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR