İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya rəhbəri Trampa etiraz püskürdü: “Avropa və Ukraynanın başı üzərindən...” - VİDEO

Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ABŞ və Rusiyanı Ukrayna əraziləri ilə bağlı hər hansı razılaşmanı Avropa və Ukraynanın iştirakı olmadan müzakirə etməməyə çağırıb.

“Biz heç bir halda avropalıların və ukraynalıların başı üzərindən Rusiya və ABŞ arasında ərazilərlə bağlı məsələlərin həllini qəbul edə bilmərik. Mən hesab edirəm ki, ABŞ hökuməti də bu mövzuda bizimlə eyni mövqedədir”, – deyə Merts vurğulayıb.

O bildirib ki, “Rusiyanın aqressiv irəliləyişini mükafatlandıran və onu yeni hücumlara təşviq edən bir sülh ola bilməz”. Kansler, həmçinin qeyd edib ki, “cümə günü Alyaskada baş verəcək hadisə nəticəsiz qalmamalıdır”. “Nəticələr olmalıdır – ya Rusiyaya təzyiq artırılacaq, ya da Moskva bu müharibəni davam etdirməyin mümkünsüz olduğunu anlayacaq”, – deyə Merts əlavə edib.

 

MUSAVAT.COM

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR