İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Polşann müdafiəsinə kömək vədi verib

Almaniya və NATO Polşanı şərq sərhədinin müdafiəsində dəstəkləməyə hazırdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius çexiyalı həmkarı Yana Çernoxova ilə birgə mətbuat konfransında bildirib.

"Polşalı tərəfdaşların dəstəyə ehtiyacı olduğu yerdə, onu alacaqlar", - Pistorius vurğulayıb.

O xatırladıb ki, Polşa Almaniyanın NATO-da tərəfdaşıdır, ona görə də ona kömək etməyə hazırdırlar.

İyulun 14-də Belarus Müdafiə Nazirliyi Mogilyov vilayətinin Osipoviç şəhəri ərazisində Belarusun ərazi müdafiəsi təlimlərinin keçirildiyini və bu təlimlərdə "Vaqner" şirkətinin döyüşçülərinin təlimatçı olduqlarını bildirib.

Bir neçə gün sonra Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bu hadisəyə reaksiya verərək iki döyüşçü briqadasının şərq sərhədinə köçürüldüyünü bəyan edbi.

İyulun 21-də Polşa Müdafiə Nazirliyi hərbi hissələrin ölkənin qərbindən şərqinə, "Vaqner"in iştirakı ilə manevrlərin planlaşdırıldığı Belarusla sərhədə yaxın əraziyə köçürülməsi barədə qərar qəbul edib.

Bundan əvvəl Putin Polşa və Litvanın Ukraynanın bir hissəsini işğal etmək planlarını açıqlayıb. Daha sonra Polşanın şərq əyalətlərinin Stalin tərəfindən Polşaya bağışlandığını və bunu polyakların yadına salacağını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR