Onlayn ictimai-siyasi qəzet
Xristian Demokrat İttifaqından (XDİ) Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz “Stern”ə müsahibəsində bildirib ki, seçkidə qalib gəlsə, Rusiya prezidenti Vladimir Putinlə münaqişənin həlli ilə bağlı telefon danışığına hazırdır.
Musavat.com xəbər verir ki, o, Rusiyanı Ukraynada apardığı müharibəni 24 saat ərzində dayandırmağa çağıracaq. Siyasətçi deyib ki, əks halda Almaniyanın Ukraynanı uzaqmənzilli “Taurus” raketləri ilə təmin edəcəyini və Kiyevə silahlarının Rusiya ərazisindəki hədəflərə qarşı tətbiqinə qoyulan məhdudiyyətləri aradan qaldıracağını bildirib.
"Bizim xəttimiz belə olmalıdır: Almaniya Ukraynanın özünü uğurla müdafiə edə bilməsi üçün mümkün olan hər şeyi etməlidir", - Merz deyib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ