İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri Ukraynaya "təhlükəsizlik zəmanəti" verməyə hazır olduqlarını açıqladı

“Berlin Rusiyanın təcavüzü fonunda Ukraynaya “təhlükəsizlik zəmanəti” verməyə hazırdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə gözlənilməz bəyanat Almaniya kansleri Olaf Şolz tərəfindən verilib.

Olaf Şolts hazırda bu cür zəmanətlərin verilməsi prosedurunun “G7” çərçivəsində müzakirə olunduğunu açıqlayıb.

Yeri gəlmişkən, bu ilin iyun ayının 29-da “G7” sammitindən sonra keçirilən mətbuat konfransı zamanı Şolts Ukraynaya vəd edilən təhlükəsizlik zəmanətləri ilə bağlı suala birbaşa cavab verməkdən yayınmışdı. Onun cavabı Almaniyada qalmaqala səbəb olmuşdu.

Belə ki, həmin mətbuat konfransında jurnalist kanslerdən Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsinin nə olduğunu xəbər aldığı zaman Almaniya lideri əllərini aralayaraq “yalnız bu qədər”,- deyə cavab vermişdi.

Olaf Şoltsun problemə bu cür reaksiyası sosial şəbəkə istifadəçilərinin tənqidini özü ilə bərabər gətirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR