İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Kansleri Qazaxıstanda BELƏ QARŞILANDI

Almaniya Kansleri Olaf Şolst Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

Musavat.com xəbər verir ki, Astana hava limanında Şolstu Qazaxıstanın baş naziri Oljas Bektenov qarşılayıb.

Məlumata görə, Almaniya kansleri “Mərkəzi Asiya+Almaniya” Sammitində iştirak edəcək.

Qeyd edək ki, Almaniya Qazaxıstanın mühüm ticarət və investisiya tərəfdaşıdır. Bu ilin 7 ayı ərzində iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 2,3 milyard dollar təşkil edib. Ötən ilin sonunda Almaniyadan Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi 64% artaraq 770 milyon dollara çatıb.

@@TVmusavat/95705@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR