İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə ABŞ arasında STRATEJİ SAZİŞ: imzalanma mərhələsində

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Vaşinqtonla faydalı qazıntılarla bağlı müqavilənin imzalanmasının "yaxın zaman məsələsi" olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırda sənədin mətninin razılaşdırılması prosesi gedir. Kiyev bu razılaşmadan "gələcək layihələrin gəlirinin ədalətli bölüşdürülməsi və təhlükəsizlik zəmanətləri" gözləyir.

"Mən burada faciə görmürəm — müqavilə müxtəlif səviyyələrdə kifayət qədər diqqətlə müzakirə olunur, işçi qruplar yaradılıb və proses normal qaydada davam edir", — deyə Podolyak vurğulayıb.

O həmçinin qeyd edib ki, müqavilənin konkret bəndlərinin müzakirəsi yalnız rəsmi imzadan sonra mümkün olacaq: "Rəsmi imzalanmanı gözləyək, ondan sonra sənədin detalları ilə bağlı geniş müzakirələr aparacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR