İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri: "Putin daha sülh şərtlərini diktə etməyəcək"

Almaniya kansleri Olaf Şolts Ukraynaya Rusiyanın hücumuna qarşı özünü müdafiə etmək üçün əlavə yardım göstərəcəklərini söyləyib və prezident Vladimir Putinin sülh şərtlərini diktə etmək iqtidarında olmayacağını bildirib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə o, Bundestaqda deputatlar qarşısında çıxışında danışıb.

"Putin hələ də dünyanı bombalaya və bununla da şərtləri diktə edə biləcəyini düşünür. Amma çox yanılır. Rusiya rəhbərliyi ukraynalıların qətiyyəti və bizim ittifaqımızın möhkəmliyi ilə bağlı yanıldı. Yaranan vəziyyəti nə ukraynalılar, nə də biz qəbul etmirik”,-deyə alman siyasətçi vurğulayıb.

Kanslerin fikrincə, Putin yalnız Ukraynanın müdafiə qabiliyyətini qıra bilməyəcəyini anlaycağı anda sülh danışıqları ilə bağlı razılıq verəcək, lakin bunun üçün rəsmi Kiyevə hərbi yardımın artırılması həyati önəm daşıyır.

Bununla Olaf Şolts Almaniya hökumətinin Ukraynanı dəstəkləməklə bağlı mövqeyini bir daha müdafiə edib. Onun sözlərinə görə, “bəzilərinin fərqli şəkildə düşünməsinə rəğmən” Almaniya Ukraynaya ağır texnikanın da tədarük olunmasına hazırdır.

"Hamımızın bir ümumi məqsədi var: Rusiya bu müharibədə qalib gəlməməlidir. Ukrayna sağ qalmalıdır",- deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR