Onlayn ictimai-siyasi qəzet
Almaniyanın aparıcı tədqiqat institutları 2024-cü ildə ölkə ÜDM-nin 0,1 faiz azalacağını proqnozlaşdırırlar.
Musavat.com "İnterfaks"a istinadən xəbər verir ki, mütəxəssislər, iqtisadiyyatın 2025-ci ildə böyüməyə qayıtmasını gözləyirlər, lakin xəbərdarlıq edirlər ki, ÜDM-in Coviddən əvvəlki artım templəri yaxın gələcəkdə gözlənilməməlidir.
Onların yeni proqnozuna görə, Almaniya iqtisadiyyatı 2025-ci ildə 0,8 faiz, 2026-cı ildə isə 1,3 faiz artacaq.
Münhen İqtisadi Tədqiqatlar İnstitutu (IFO), Kieldəki Dünya İqtisadiyyatı İnstitutu (IfW), Essendəki Reyn-Vestfaliya İqtisadi Tədqiqatlar İnstitutu (RWI) və Halle İqtisadi Tədqiqatlar İnstitutu (IWH) tərəfindən hazırlanmış və mart ayında nəşr olunan əvvəlki proqnoz, Almaniya ÜDM-nin bu il 0,1 faiz, 2025-ci ildə isə 1,4 faiz artacağını nəzərdə tuturdu.
Mütəxəssislər qeyd edirlər ki, Almaniyada istehsal malları istehsalçıları, eləcə də enerji tutumlu sənayelər enerji qiymətlərinin artması ilə yanaşı, məhsulları dünya bazarlarında alman mallarını əvəz edən Çin sənayesinin artan rəqabətindən əziyyət çəkirlər.
Eyni zamanda, davamlı yüksək faiz dərəcələri, eləcə də geosiyasi gərginlik biznes investisiyalarına, həmçinin istehlak xərclərinə mənfi təsir göstərir. Bundan əlavə, ölkənin perspektivləri iqtisadiyyatda uzunmüddətli “struktur dəyişiklikləri” ilə pisləşir.
Onlar Almaniyada inflyasiyanın 2026-cı ilin sonuna qədər Avropa Mərkəzi Bankının 2 faizlik hədəfi ətrafında qalacağını gözləyirlər.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ