İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi...-ŞƏRH

 

“Almaniya kansleri fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş təşkil etdi. Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdilər. Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə edilib. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmirlər”.

Bu fikirləri Musavat.com-a Prezident İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən  “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Azərbaycan prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir: “İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləmişdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın Almaniya ilə sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planları var. Vaxt var idi, bu kimi müzakirələr Fransanın rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı. Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı.

Berlindəki görüş müsbət atmosferdə keçdi. Almaniya kansleri ölkəsinin Azərbaycanla tərəfdaşlığı davam etdirəcəyini bildirərək, Cənubi Qafqazda bu il sülhün bərqərar olacağına olan inamını səsləndirdi. İlham Əliyevin də mövqeyi belədir ki, Azərbaycanla Ermənistanda arasında yekun razılaşma əldə etmək üçün ciddi maneə qalmayıb. Sərhədlər müəyyənləşir, 4 kəndimiz geri qaytarılır, sülh sazişi mətni üzərində də ortaq çalışmalar davam edir. Berlin Azərbaycanın alternativ enerjisinin Avropa bazarlarına nəqli layihəsinə də dəstək verir. Bu da Azərbaycan üçün əhəmiyyətlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR