Onlayn ictimai-siyasi qəzet
Almaniyanın məşhur dəmir yolu konserni Deutsche Bahn (DB) 2024-cü ildə qatarların gecikməsi və ləğv edilməsinə görə sərnişinlərə 196,8 milyon avro məbləğində rekord kompensasiya ödəyib.
Musavat.com-un "Bild" qəzetinə istinadən məlumatına görə, DB 2024-cü ildə 6,9 milyon müraciət alıb və sərnişinlərə ödənilən kompensasiyalar əsasən qatarların gecikməsi və ləğvi ilə əlaqədar olub.
Almaniya dəmir yolunun rəsmiləri bu problemlərin əsas səbəbi olaraq dəmir yolu şəbəkəsinin köhnəlməsini və yüklənməsini göstərirlər.
Bu vəziyyətin dəmir yolu xidmətlərində ciddi pozulmalara səbəb olduğu və sərnişinlərin səyahətlərinin müntəzəm olaraq pozulmasına yol açdığı bildirilir.
Musavat.com
10 Mart 2025
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ