Onlayn ictimai-siyasi qəzet
AZAL pilotları möcüzə göstərdi.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
Nəşr xatırladıb ki, təyyarə Qroznı üzərində kənar müdaxilələrə məruz qalsa da, o, Qazaxıstana qədər bir neçə yüz kilometr məsafəni qət edə bilib.
Bu hadisə ilə bağlı aviasiya eksperti Yakob Vert pilotların fəaliyyətini yüksək qiymətləndirib:
“Uçuşun gedişatı və eniş cəhdi nəzərə alındıqda, təyyarə güman ki, ciddi şəkildə idarəolunmaz vəziyyətdə olub”.
Ekspert əlavə edib ki, pilotların zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən Aktauya çatdırması böyük nailiyyətdir. Əgər təyyarə dənizə düşsəydi, bu, bütün sərnişinlərin həlak olması ilə nəticələnəcəkdi.
Lakin quruya eniş zamanı “Embraer E190” təyyarəsi ön hissəsi ilə yerə çırpılıb. Zərbəni tamamilə öz üzərinə götürən ön hissə zədələnib, lakin sərnişinlərin olduğu arxa hissə salamat qalıb.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ