İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahşükür Paşazadə: "Ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır"

"Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: "Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”.

A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var: "Bu, birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR