İnsanlara hürriyət, millətlərə istiqlal!

"Allah məni cəzalandırsa da, onu bağışlamayacam"

"Həyatda elə şeylər var ki, bağışlanmır. Bəzən deyirlər ki, Allah bağışlayandır. Elə adamam ki, dilimdə deyə bilmərəm səni bağışladım. Ürəyimdə bağışlamıramsa, dilimə gətirə bilmərəm. Mümkün deyil".

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində deyib. Zaur adını açıqlamadığı bir şəxslə bağlı sərt sözlər söyləyib:

"Həyatda bağışlamayacağım insanlar var. Qoy, buna görə Allah məni cəhənnəmə göndərsin. Həyatı boyu bağışlamayacağam. Şər, böhtan, ləkə, qarayaxma, haqq yemək... Təəssüf edirəm. Yerlə göy birləşə, dünya aləm bir-birinə dəyə mümkün deyil. Həyatda güzəştə getməyi bacaranam. Güzəştə gedirəm, susuram, dayanıram, səbrimi basıram. Allah mənə səbr verib. Amma güzəştə getmək başqa, bağışlamamaq bir başqa. Allah məni cəzalandırsın, ancaq mümkün deyil".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR