İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçova vətənə ərsiz qayıtdı - Onu Rusiyada nələr gözləyir?

Alla Puqaçova Rusiyaya qayıdıb, özü də qatarla… Həm də Maksim Qalkin olmadan… Maraqlıdır, deyilmi?

Rusiyanın Xalq artisti Alla Puqaçova ötən gün Moskvanın "Leninqradski" vağzalında görüntülənib. Primadonna Rusiyaya qatarla və əri olmadan gəlib. Puqaçova sərhədi keçərkən üzünü yaylıq ilə gizlədib və ətrafa baxmayıb.

“Shot Telegram” kanalı Puqaçovanın Moskva yaxınlığındakı Qryaz kəndindəki qəsrinə getdiyini bildirib. Məlumata görə, adı çəkilən qəsrdə ötən ay təmir-bərpa işləri aparılıb.

Rusiya şou-biznesindəki mənbələrdən birinin yazdığına görə, Rusiyanın "sönməyən günəşi" məhz daşınmaz əmlakını satmaq üçün geri qayıdıb. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Puqaçova mülklə bağlı sənədləri imzalamağa gəlib.

Moskva Dövlət Duması Puqaçovanın cinayət məsuliyyətinə cəlb olunması haqqında suallara da aydınlıq gətirib. Dumanın mədəniyyət komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov Lenta.ru saytına müsahibəsində deyib ki, Rusiyaya qayıdan müğənniyə qarşı heç bir şikayət iddiası yoxdur. Parlamentari qeyd edib ki, Puqaçova Rusiya vətəndaşıdır və hələlik onun vətəndaş hüquqlarını pozan hər hansı hərəkətə yol verməyib.

Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanı tərk ediblər. Müğənni bir neçə ay İsraildə yaşayıb, 2023-cü ilin oktyabrında Yaxın Şərqdə münaqişə kəskinləşdikdən sonra Puqaçova oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk edərək Latviyaya köçüb. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR