Onlayn ictimai-siyasi qəzet
“Sosial şəbəkədə rastıma çıxdı. Kamran Razmovar (bloger və şoumen) adlı şəxs İsmayıllı rayonuna səfər edib Qalacıq kəndində olan Alban kilsəsini erməni kilsəsi kimi təqdim edir. O, bununla onsuz da ölkəmizə qarşı savaş açan ermənilərə ayaq verir ki, baxın siz burada yaşamısınız, kilsəniz olub və Azərbaycanlılar buranı dağıdıb. Qarabağda, Qərbi Azərbaycanda yüzlərlə yox, minlərlə abidələrimizi məhv edən ermənilərə bu cür ayaq verən Kamranın məqsədi nədir bilmirəm. Amma ölkəmizin xristian tarixinə məxsus abidəni ermənilərə məxsus olduğunu demək xəyanətdir”.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, ermənilər Kamran Razmovarın paylaşdığı bu kadrları əsas götürüb sosial mediada, dünya mətbuatında və beynəlxalq təşkilatlarda səs küy salırlar ki, bizi ittiham etmək əvəzinə, gedib İsmayılı rayonunda azərbaycanlıların dağıtdığı erməni kilsəsini qoruyun.
Alim vurğulayıb ki, bizim də səsimiz hədəfə çatanda Kamranın sayəsində kəsilir: “Biz illərdir mübarizə aparıb yüzlərlə faktla sübut edirik ki, bu kilsələrin ermənilərə aidiyyəti yoxdur. Erməni arxitekturası tamam fərqlidir, Alban arxitekturası tamam fərqli. Və mübarizəmizin ən pik yerində Kamran çıxır və deyir ki, İsmayıllıda erməni kilsəsi var. İzah edənə də kobud yanaşıb ermənilərə ayaq verir. Bilmirəm bu kimdir, nəçidir, nə məqsədə xidmət edir. Ancaq yanlış yoldadır. Heç olmasa bir mütəxəssislə məsləhətləşməli idi. Niyə bizim əziyyətimizi yerə vurursan axı? Nədir dərdin sənin? Ermənilərdən “like” almaq istəyirsiniz? Kamran, ola bilər ermənilərlə nə isə sübut etməyə cəhd edirsən, ancaq bizim olanı onlara verməklə yox. Gəl bir balaca sənə qısa izah edim ki, ermənilər necə Kilsə adı altında ideoloji iş aparırlar və necə Alban arxitekturasını öz adlarına çıxırlar”.
Dosent Z.Əliyev qeyd edib ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edib: “Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarının yeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar Alban xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Birincisi, Kamran ciddi mənbə, qaynaq və sənədlər (tək bizə aid yox, dünyanın nüfuzlu alimlərinin də təsdiq etdiyi) göstərir ki, ermənilərin kimlik axtarışı kilsələrinin hazırladığı konsepsiya əsasında baş verir. Bu gün bir neçə hind qaraçı və sonradan erməniləşdirilən alban nəsillərinin qruplarını assimilyasiya etməklə bugünkü erməni millətini formalaşdırmağa nail olublar. Unutma, ermənilik etnik mənşə deyil, vahid bir dini çətir altında toplanmış müxtəlif etnik birliklərin süni şəkildə homogenləşdirilərək mənimsənilməsi nəticəsində millət adını almasıdır. İkincisi, alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı”.
Alimin qənaətincə, kilsələrə baxan kimi dərhal bilinir ki, bu abidələr o dövrdə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri Günəş doğan tərəfə tikilib: “Erməni kilsələrinin əsas qapısı və pəncərələri elə tikilir ki, ora Günəş şüası düşməsin. Çünki onlar işığa yox zülmətə xidmət ediblər. Çox az adam bilir ki, ermənilər öz kilsələrində şeytana ibadət məqsədilə insan qurbanları kəsiblər. Buna görə də qapı pəncərələri qaranlıq olan tərəfə tikiblər ki, onları görən olmasın. Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Ona görə də buranı erməni kilsəsi adlandırmazdan öncə düşün, məsləhət al, oxu, öyrən, dinlə. Durub ölkəmizin tarixi abidəsini erməniyə bəxş etmə! Əgər əlavə nə isə istəsən utanma, çəkinmə, yaz, öyrədim”.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ