Onlayn ictimai-siyasi qəzet
“Nə üçün bizə erkən seçki lazımdır? Bizdə konstitusiya çoxluğu var, niyə yeni seçkilərə getməliyik?”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
“Hazırda ən azı ildə bir dəfə seçkilərdə qalib gələ biləcəyimizi belə demirəm, amma müxalifət ümumiyyətlə, seçkiyə hazır deyil. Onlar hətta şəhər seçkilərində də iştirak edə bilməzlər”, - deyə Simonyan söyləyib.
Onun sözlərinə görə, Ermənistanda müxalifət hansısa gündəm formalaşdırır, sonra isə ona qarşı mübarizəyə başlayır.
“Bura uşaq bağçası deyil. Xalqın seçdiyi hökumətə heç kim nəyisə məcbur edə bilməz”, - deyə Simonyan bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ