Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin ünvanına sərt ifadələr işlədib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada əsas problem bu strukturun konkret hadisələrlə bağlı necə mövqe tutması ilə bağlıdır.
"KTMT üzvlərindən biri təhlükə altında olanda hansısa tədbir görmək üçün qurulmuş strukturdur deyilmi? Bu sual daha çox təşkilatın digər üzvlərinə ünvanlanıb. KTMT-nin hoqqabazılığı bizim üçün qəbuledilməzdir. Hər dəfə Alma-ata bəyannaməsini, Praqa sazişini heç nə edə bilməyəcəkləri nöqtəyə çevirməyə çalışan bütün tərəfdaşlar qoy geriyə baxsınlar və bütün bunlar baş verməmişdən əvvəl nə etdiklərini bildirsinlər”, - deyə Simonyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ