Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının haradan davam edəcəyi ilə bağlı müzakirələr aparılır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Simonyan sərhədlərin delimitasiyası komissiyaları ilə bağlı reqlamentin mövcudluğunu hər iki ölkə üçün böyük qələbə adlandırıb.
"Bu, ikitərəfli qələbədir və Azərbaycan ilə Ermənistan arasında ilk dövlətlərarası sənəddir. Onun həyata keçirilməsi hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir," - deyə Simonyan qeyd edib.
Simonyan həmçinin vurğulayıb ki, hazırda demarkasiyanın hansı istiqamətdə davam etdiriləcəyi ilə bağlı yekun qərar verilməyib. "Delimitasiyanın harada davam edəcəyi ilə bağlı müzakirələr gedir," - deyə erməni rəsmisi əlavə edib.
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ