Onlayn ictimai-siyasi qəzet
Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın qiyabi həbsi barədə qərar verib.
"Report" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Navalnaya ekstremist icmanın işində iştirakda ittiham olunur.
Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs müddəti Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ