İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnının abidəsini dağıtdılar - FOTO

Kiprin Pafos şəhərində naməlum şəxslər rusiyalı müxalifət lideri Aleksey Navalnının abidəsini dağıdıblar.

Musavat.com Telegram kanallarına istinadən xəbər verir ki, bu barədə abidənin yaradıcısı, rəssam Pavel Muntyan bildirib.

“Kiprdə Pafos sahilində qoyduğum Aleksey Navalnının bürünc abidəsi dağıdılıb. Onu daşdan qoparmaq çox çətin oldu, amma növbəti dəfə bunu daha etibarlı edəcəyik”.

Rəssam qeyd edib ki, o, memorialı üç həftə əvvəl, Aleksey Navalnının zəhərlənməsinin ildönümündə quraşdırıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR