İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnı Mixail Saakaşvilidən yazdı, gürcü xalqından üzr istədi

Rusiya müxalifətinin lideri, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş, hazırda Vladimir vilayətində cəzasını çəkən Aleksey Navalnı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili haqqında yazıb.

Musavat.com xəbər verir ki, bu barədə o, vəkilləri vasitəsilə sosial şəbəkə hesablarında açıqlama yayıb.

“Mən Mixail Saakaşvili haqqında danışmaq istəyirəm.

Onu tanımıram və heç vaxt görüşməmişik.

Mən onun komandasında da heç kimi tanımıram və heç kim məndən bu yazını yazmağı tələb etməyib.

Gürcüstan siyasəti haqqında kifayət qədər zəif təsəvvürüm var, buna görə utanc hissi keçirirlən. Mənim üçün daha böyük utancverici hadisə bir dostumun Sxinvalidə atəş altında qalmasının təsiri ilə 2008-ci ildə gürcülərə ünvanlanan təhqiramiz epitetlə bağlıdır. Bunun üçün üzr istədim və yenə də üzr istəyirəm, amma bilirəm ki, Gürcüstanda hələ də mənə qəzəblidirlər.

Bununla belə, mən hər halda bir insan və xristian olaraq yazmağa qərar verdim, çünki izləmək çətindir.

Baş verənlərdən Saakaşvili əziyyət çəkir, ailəsi əziyyət çəkir... Saakaşvilini ölənə qədər həbsdə saxlamaq istəyənlər üçün bundan yaxşı heç nə yoxdur.

Mən Gürcüstanın xoşbəxt Avropa gələcəyinə inanıram. Bu tərəqqi üçün hər şeyə malik olan gözəl bir ölkədir. İnanıram ki, siyasi qarşıdurma (harda yoxdur ki?) sülh yolu ilə və təhlükəsiz şəkildə həll olunacaq.

Amma keçmiş prezidentin bu həbsi, əzabı dəhşətlidir. Bu, Gürcüstanın Avropa seçiminə, inkişafına mənfi təsir edir, normal gələcək şanslarını azaldır. Mənəviyyatı aşağı salır, ölkəni kin-küdurətlə doldurur.

İntiqam almağa ehtiyac yoxdur, baxmayaraq ki, mən çox istəyirəm. Bu qisasdan bütün Gürcüstan əziyyət çəkəcək. Bu, hamı üçün strateji cəhətdən əlverişsiz olan çıxılmaz bir həlldir...

Saakaşvili çox xəstədir və simulyasiya ilə bağlı bütün söhbətlər cəfəngiyyatdır. İnanın, həbsxana hər kəsin sağlamlığını böyük sürətlə alır.

Onu şərti cəza ilə müalicəyə buraxmaq düzgün addım olardı.

Mən Gürcüstan hakimiyyətini və Mixail Saakaşvilinin bütün əleyhdarlarını xristian mərhəməti və sülhməramlı ruhda bu addımı atmağa çağırıram".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR