İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnı 15-ci dəfə cəza kamerasına göndərildi

Rusiya müxalifətinin lideri, Vladimir vilayətindəki həbsxanada cəzasını çəkən rusiyalı siyasətçi Aleksey Navalnı on beşinci dəfə cərimə kamerasına salınıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Aleksey Navalnı vəkilləri vasitəsilə sosial şəbkələrdə məlumat yayıb.

Maraqlıdır ki, rusiyalı müxalifətçi cərimə kamerasınadan çıxdığı günün səhəri yenidən eyni tədbirə məruz qalıb.

"Dünən axşam saat 20.00-da məni cərimə kamerasından buraxdılar. Bu gün səhər saat 9:30-da yenidən oraya geri qayıtdım. "Məhkum Navalnı tərbiyəvi işlərə biganə yanaşır və özü üçün lazımi nəticə çıxarmır" - üzümə bunu elan etdilər. Mənim “cərimə” sayğacımın müddəti artıq 165 günə çatdı", - deyə, Navalı yazıb

Cəza kamerası xüsusilə sərt saxlanma şəraiti ilə seçilir. Məhkum iki üç metrlik otaqda, dəmir taburedə oturmaq məcburiyyətində qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR