İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Danilov: “Rusiya bizim düşündüyümüz qədər zəif deyil”

“Rusiyanın kifayət qədər hərbi potensialı var və müharibənin yaxın gələcəkdə bitəcəyindən danışmaq qeyri-ciddi olardı”.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov yerli “NV” kanalına müsahibəsində bildirib.

Aleksey Danilov cəbhədəki vəziyyətin bilavasitə Qərb silahlarının təchizatından asılı olacağını qeyd edib.

"Mən Rusiyanın istədiyimiz qədər zəif olmadığını açıq şəkildə anlayan isnanlardan biriyəm. Müharibənin may ayında və ya bir həftədən sonra bitəcəyini deyənlər isə qeyri-ciddidir. Bu, çox çətin və çoxkomponentli prosesdir və tərəfdaşlarımızın silahla köməyi bugünkü vəziyyəti müəyyən etmək üçün əsas məqamdır. Silaharın necə və hansı zaman çərçivəsində çatdırılacağından asılı olaraq, tərəzi bu və ya digər istiqamətdə dəyişəcək”, - deyə Ukrayna rəsmisi bildirib.

Onun sözlərinə görə, indi həqiqətən də müəyyən paritet əldə olunub - Rusiya ordusunun Ukrayna ərazisindən keçməsi olduqca çətinləşib.

Aleskey Danilov Rusiyanın strateji aviasiya təyyarələrinin hələ də Ukrayna səmalarında hakim olduğunu etiraf edərək, ərazinin, demək olar ki, hər gün bombalandığını söyləyib.

“Təcavüzkar artıq təkcə aviasiya ilə fəaliyyət göstərmir. Onlar sualtı qayıqları, donanmaları və bir çox digər hərbi komponentləri əməliyyatlara cəlb edirlər”, - deyə Milli Təhlükəsizlik və müdafiə şurasının rəhbəri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR