İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksanyan İlham Əliyevə MÜRACİƏT ETDİ: Xahiş edirəm, ən tez zamanda...

Erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Musavat.com xəbər verir ki, Aleksanyan Azərbaycan liderindən onun Xankəndiyə gəlməsinə icazə verilməsini xahiş edib.

Müraciətdə bildirilir ki, ermənilərin Qarabağda yaşamasının yeganə yolu onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasından keçir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

Hörmətli cənab Prezident!

Mən başa düşürəm ki, ermənilərin Qarabağda yaşamasının yeganə yolu onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasından keçir. Mən özüm də Qarabağ ermənilərinin hörmət etdiyi, fikrinə qulaq asdıqları bir adamam.

Xahiş edirəm ki, mənim ən tez bir zamanda Xankəndiyə gəlməyimə şərait yaradasınız ki, mən oradakı ermənilərlə bir yerdə olum, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına yardım edim.

Hörmətlə, Natali Aleksanyan”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR