İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Lukaşenko: “Vaqnerçilər Varşavaya getmək istəyir, qoymuram”

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, “vaqnerçilər” Varşavaya ekskursiyaya getmək istəyirlər”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Lukaşenko Putinlə görüşə guya Polşa qoşunlarının İttifaq dövlətinin sərhədlərinə köçürülməsini əks etdirən xəritə gətirib.

A.Lukaşenko bildirib ki, Belarusda yerləşən “Vaqner” özıl hərbi şirkətinin “muzdluları” “onu sıxışdırmağa başlayıblar”.

Lukaşenko bu barədə iyulun 23-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdə danışıb.

“Bəlkə deməməliydim, amma deyəcəyəm. “Vaqnerçilər” bizi sıxmağa başlayıb, deyirlər, “biz Qərbə getmək istəyirik, bizə icazə verin". Deyirəm ki, Qərbə getmək nəyə lazımdır? Deyirlər, Varşavaya, Jeşuva ekskursiyaya gedirik. Onları mərkəzdə, razılaşdığımız kimi Belarusda saxlayıram, ora köçürmək istəməzdim, çünki əhvalları pisdir. Düzünü demək lazımdır ki, onlar Birlik dövləti ətrafında nə baş verdiyini bilirlər. Bu, bir ştrixdir. Ona görə də biz buna hər cür qarşı çıxacağıq və xahiş edirəm, siz də öz ölkənizdə bu məsələyə baxasınız”, - Lukaşenko bildirib.

“Belta” xəbər agentliyinin məlumatına görə, Lukaşenko deyib ki, hazırda Polşa briqadalarından biri Brestdən 40 kilometr, digəri isə Qrodnodan təxminən 100 kilometr aralıda yerləşir.

Qeyd edək ki, iyunun 23-24-də "Vaqner"in üsyanından sonra şirkətin rəhbəri Yevgeni Priqojinin Belarusa sığınıb.  İyulun 14-də Belarusun Müdafiə Nazirliyi muzdlularının ölkəyə gəldiyini açıqlayıb. Özəl hərbi şirkətin "komandirlər şurasının" üzvü Marks çağırış işarəsi ilə Belarusa ümumilikdə 10.000-ə qədər muzdlu əsgərin gələcəyini söyləyib.

Musavat.com. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR