İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldığı narkotik vasitəni atıb qaçmaq istəyən şəxs saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Ağası Cavadovun saxlanılması istiqamətində əməliyyat tədbiri qurulub. Sifariş etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini görüb və hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar.

Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.

Faktla bağlı Ucar RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, rayon məhkəməsinin qərarı ilə A.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR