Onlayn ictimai-siyasi qəzet
Alaudinov: Savaş əsnasında NATO generalı məhv edildi
"Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri general-leytenant Apti Alaudinov bildirib ki, Çasovoy Yarın cənubundakı Dolqoye-2 adlanan ərazidə NATO və Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş mövqeləri ələ keçirilib.
"Bugün Axmat xüsusi təyinatlıları və "Şustro"nun rəhbərliyi altında 4-cü briqada Çasovoy Yarın cənubunda güclü istehkamlar şəbəkəsini nəzarətə götürdü. 2023-cü ildə Artyomovsk azad edildikdən sonra həmin mövqelərə NATO və Ukrayna zabitləri yerləşdirilmişdi," – deyə Alaudinov öz Telegram kanalında yazıb.
Musavat.com-un məlumatına görə o, əlavə edib ki, məhv edilən NATO komandirləri arasında böyük ehtimalla Polşa generallarından biri- Adam Marçak da olub.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ