İnsanlara hürriyət, millətlərə istiqlal!

"Al 85 min avronu, köç adaya, yaşa!" - İrlandiya öz vətəndaşlarına qayıdış proqramı təklif edir

İrlandiya hakimiyyəti adalara köçürülmə xərclərini ödəyəcəklərini vəd edir


İrlandiya hakimiyyəti ada ərazilərinin bərpası və inkişafı üçün onillik plan hazırlamağa başlayıb. Ölkə hökuməti tərəfindən planlaşdırılan tədbirlər çərçivəsində - adalarda tərk edilmiş evlərdə məskunlaşmaq qərarına gələn sakinlərə 85 min avroya qədər kompensasiya ödəniləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, statistikaya görə, İrlandiyanın 23 adasının əhalisi son 25 ildə 13%-dən çox azalıb. Səlahiyyətlilərin fikrincə, tərk edilmiş evləri qaydaya salmağa imkan verəcək səxavətli kompensasiya istəyənləri cəlb edəcək.

Bununla belə, hətta ölkənin hakimiyyət orqanlarının özləri də etiraf edirlər ki, ada ərazilərində məşğulluq, eləcə də ən sadə tibbi xidmətlərə çıxışla bağlı problemlər mövcuddur. Bundan əlavə, adalarda evlərin bərpası və tikintisi də logistika çətinlikləri səbəbindən asan iş deyil.

Buna baxmayaraq, İrlandiya hökuməti hər şeyi pulun həll edəcəyinə inanır və sakinlərinin uzaqdan işləməsini təmin etmək üçün adaları sabit internetlə təmin etmək barədə düşünəcəklərini vəd edirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR