İnsanlara hürriyət, millətlərə istiqlal!

"Diktator olmaq üçün lazımi alətlərim yoxdur!" – Lukaşenko sərt açıqlama verdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində diktaturanın mövcudluğunu inkar edərək, bunun heç vaxt mümkün olmayacağını vurğulayıb.

Musavat.com xəbər verir ki, o, "Vəhşi liderlik olmamalıdır. Bu, mənim prezidentlik dövrümdə ən çox qorxduğum şeydir. Ölkəmizdə heç bir diktatura yoxdur və heç vaxt olmayacaq", – deyə bildirib.

Lukaşenko diktator olmaq üçün müvafiq alətlərin lazım olduğunu qeyd edib: "Diktator olmaq üçün hansısa alətlər lazım olur. Bəs mənim hansı alətlərim var? Bunu amerikalılar uydurub: diktator, diktator. Necə mən Amerikaya diktatorluq edə bilərəm? Bugün Tramp və Bayden belə diktə edə bilmirlər. Bizim super güclü iqtisadiyyatımız var? Yox", – deyə Belarus prezidenti əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR