Onlayn ictimai-siyasi qəzet
Son olaraq Türkiyənin "RU" serialında rolu ilə gündəm olan Meryem Üzerli aktrisa olmamışdan öncə bir çox işdə çalışdığını, hətta meyitlərə makiyaj etdiyini açıqlayıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ulduz bu barədə "Maria Clare" jurnalına müsahibəsində deyib.
O, yeniyetməlik dövrlərində fərqli həyatları müşahidə etməkdən böyük zövq aldığını bildirib: azal vakansiya
"Bir gün ən yaxın dostumu avtomobil qəzasında itirdim. Həyatı və ölümü sorğuladığım bir dövr idi. İnsanların həyatlarına toxunmaq istədim. Beləliklə, bir il ərzində xəstəxanada leykoz uşaqlar üçün könüllü işlədim. Bundan başqa Almaniyada xəstəxanada işlədim. Orada vəfat edən şəxslərin son səfərlərinə ən yaxşı halları ilə çıxmalarını istəyirlər. Xəstəxanada işlədiyim dövrdə bir komanda onları bu səfərə hazırlayırdı. Mən də dəfn üçün hazırlanan meyitlərə makiyaj edirdim", - deyə o bildirib.
Aktrisa valideynləri Ursula və Hüseyin Üzerli haqqında da danışıb və tolerant ailədə böyüdüyünü bildirib.
"Anam katolik, atam müsəlman. Ailəmdə ən önəmli şey qarşındakı insanı sevmək və olduğu kimi qəbul etmək idi", - deyə o bildirib.
Üzerli iş dünyasında çətinliklərdən danışıb və qadınlar arasında həsədin səbəbini anlamadığını vurğulayıb.
"Qadınların bir-birilərini bu qədər amansızca tənqid etməsini anlaya bilmirəm. Xüsusilə də bir ananın digər ananı tənqid etməsinə heç bir məna verə bilmirəm. Qadınlar bir-biri ilə mübarizə aparmasın. Qadın qadının qurdu yox, yurdu olmalıdır", - deyə ulduz sözlərini yekunlaşdırıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ