Onlayn ictimai-siyasi qəzet
Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
“Akkuyu” AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom Elektrik Stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 %-ni ödəyə biləcək”, - o bildirib.
A.Bayraktarın sözlərinə görə, “Akkuyu” AES-də istehsal olunacaq təmiz və karbonsuz enerjinin karbon emissiyalarını 30 milyon ton azaldacaq: “Bu, həm Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından son dərəcə vacibdir”.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk AES-dir. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ