İnsanlara hürriyət, millətlərə istiqlal!

Akar Gürcüstanın və Finlandiyanın müdafiə nazirləri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş “Ukrayna Müdafiəsi Təmas Qrupunun iclası” çərçivəsində baş tutub.

Akar Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ilə görüşündə Finlandiyanın Madriddə imzalanan memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini və konkret addımlar atmasını gözlədiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR