Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının (AK) sədr müavini Frans Timmermans Kiyevə səfərdədir və burada Ukrayna liderləri ilə münaqişədən sonra ölkənin yenidən qurulması planını müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
“Vitse-prezident Frans Timmermans Rusiyanın kritik infrastruktura qarşı intensivləşən hücumları fonunda ölkədəki vəziyyəti və yerlərdəki təcili ehtiyacları müzakirə etmək üçün prezident Volodimir Zelenski və müxtəlif hökumət rəsmiləri ilə görüşmək üçün Ukraynadadır.
O, xüsusilə enerji sektoruna və enerji təchizatına konkret dəstəyi, habelə hökumət rəsmiləri Ukraynanın yenidən qurulması planını müzakirə edəcək”, - məlumatda vurğulanıb.
Öz növbəsində, Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, Zelenski Timmermans ilə görüşdə Ukraynanın bərpası zamanı diqqətini yaşıl layihələrin həyata keçirilməsinə yönəldəcəyini bildirib.
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ