İnsanlara hürriyət, millətlərə istiqlal!

Air France cümə gününə planlaşdırılan 400 aviareysi ləğv edəcək

Fransanın Air France kompaniyası aviadispetçerlərin tətili səbəbindən cümə gününə planlaşdırılan reyslərin yarısını ləğv edəcək.

AZƏRTAC Fransa telekanallarına istinadla xəbər verir ki, kompaniyanın məlumatına əsasən, sentyabrın 16-da 800 aviareysdən 400-ü yerinə yetirilməyəcək. Beləliklə, Air France həmin günə planlaşdırılan yaxın və orta magistrallı reyslərin yalnız 45 faizini, uzaq magistrallı uçuşların isə təxminən 90 faizini həyata keçirəcək.

Fransanın mülki aviasiya idarəsi aviakompaniyadan ölkə aeroportlarında reyslərin miqdarını yarıyadək ixtisara salmağı xahiş edib və uçuş cədvəllərində mümkün dəyişilkiklərlə bağlı sərnişinləri məlumatlandırıb.

Son vaxtlar Avropanın mülki aviasiya sahəsi koronovirus pandemiyasından sonra sərnişin axınının kəskin artması fonunda heyət çatışmazlığı və əmək haqqının artirılması tələbi ilə keçirilən tətillər səbəbindən çoxsaylı problemlərlə üzləşib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR